
Bolqarıstanın Sofiya şəhərinə təşkil olunmuş ixrac missiyasında qida məhsulları, şərab və digər spirtli içkilər istehsalı sahəsində fəaliyyət göstərən 25 yerli şirkətin nümayəndəsi iştirak edib. Missiya çərçivəsində Azərbaycan şirkətləri distributor, idxalçı və topdansatış şirkətləri ilə ikitərəfli görüşlər keçirib, “Interfood & Drink” sərgisində, bir sıra iri marketlərdə olub, müzakirələr aparıblar.

Türkiyənin İstanbul şəhərinə təşkil olunmuş İxrac missiyasında Naxçıvan Muxtar Respublikasında qida, inşaat və tikinti materialları, kimya sənayesi, mebel istehsalı və turizm sahələrində fəaliyyət göstərən 19 şirkəti iştirak edib.

Monqolustanın Ulan-bator şəhərinə təşkil olunmuş ixrac missiyasına Şərab və digər spirtli içkilər, süd və süd məhsulları, konservləşdirilmiş məhsullar, müalicəvi bitki çayları, qənnadı məmulatları, mineral sular, İKT və digər sahələrdə fəaliyyət göstərən 17 Azərbaycan şirkəti daxil olub.


Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunmuş ixrac missiyasında qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı ilə məşğul olan 21 Azərbaycan şirkəti iştirak edib. Azərbaycanlı ixracatçılar ilə xarici istehalçılar arasında məhsulların satışına və ixracına dair fikir mübaildəsi aparılıb və bu istiqamətdə yeni görüşlərin təşkili barədə razılıq əldə edilib.

İsveçrə Konfederasiyasının Bern və Surix şəhərlərinə təşkil olunan ixrac missiyasında fındıq istehsalı və ixracı ilə məşğul olan 12 Azərbaycan şirkəti iştirak edib. Azərbaycan iş adamları İsveçrəli həmkarları ilə əməkdaşlıq imkanlarına, fındıq məhsullarının İsveçrəyə ixracına dair müzakirələr aparıblar.

Rusiya Federasiyasının Həştərxan şəhərinə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş tikinti materialları, tekstil, qənnadı məhsulları, meyvə-tərəvəz, təbii mineral sular və limonadlar, meyvə şirələri, şərab, fındıq, çay və. s məhsulların istehsalı və ixracı ilə məşğul olan 30 Azərbaycan şirkəti daxil olub.

Çin Xalq Respublikası təşkil olunan ixrac missiyasında şərab və spirtli içkilər istehsalı ilə məşğul olan şirkətlər iştirak edib.

Macarıstanın Budapeşt şəhərinə təşkil olunan ixrac missiyasına müsabiqə əsasında seçilmiş və Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, şərab və digər spirtli içkilər, bal, çay, fındıq, tekstil və mebel istehsalı sahəsində fəaliyyət göstərən 20 şirkət daxildir.

Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsinin təmsil olunduğu ixrac missiyası çərçivəsində "Made in Azerbaijan" brendi ilə dünya bazarında tanınan nar şirəsi, mineral sular və konservləşdirilmiş qida məhsullarına xüsusi maraq göstərilib, bu məhsulların Rusiyaya ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə edilib.

Azərbaycan istehsalı olan limonadın, Naftalan məlhəminin (mazının) və meyvələrin, xüsusilə də alma və narın Qazaxıstana ixracına dair ilkin razılıqlar əldə edilmişdir və sifarişlər qəbul olunmuşdur. Bundan əlavə, sənaye boyasının ixracına dair sifariş alınmış və artıq ixrac həyata keçirilmişdir.

Ət, nar şirəsi, naftalan neftindən istehsal edilən tibbi və kosmetoloji məhsulların Qətərə ixracına dair razılaşmalar əldə edilmiş, şəhər və park mebelinin Qətərdə təşviqi, distributorluğu və satışına dair müqavilə imzalanmışdır.

Mebel, pambıq çiyidi, nar, şokolad məhsulları, konservləşdirilmiş pomidor, doğranılmış göbələyin ixracı üzrə sifarişlər alınmış, nar şirəsi, qənnadı məhsulları, fitinq və polietilen borular, metal konstruksiyalar və digər tikinti materiallarının ixracı üzrə ilkin razılaşmalar əldə edilmişdir.

Quru süd, süd məhsulların və mebelin Azərbaycandan Əfqanıstana ixracına dair razılaşmalar əldə olunmuşdur.

Çay və narın Almaniyaya ixracına dair ilkin razılaşma əldə olunmuş, nar şirəsinin İsveçə ixracına dair müqavilə imzalanmışdır.

Nar şirəsi və almanın, həmçinin balın BƏƏ-yə ixracına dair razılaşma əldə edilmişdir.

“Interwine 2016” Beynəlxalq Şərabçılıq Sərgisində Azərbaycan Şərabı qızıl medala layiq görülmüşdür və 500 min şüşə yerli şərabın Çinə ixracına dair müqavilə imzalanmışdır.