AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

İxracatçıların nəzərinə!


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Moskva şəhərində 2019-cu ilin 24-27 sentyabr tarixlərində keçiriləcək "Worldfood Moscow 2019" ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 35 şirkət.
İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.
Sərginin əhatə etdiyi sahələr: Qida sənayesi, şərab və spirtli içkilər.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli 
Qərar ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 12 iyul 2019-cu il tarixində AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları.
·         ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;
·         nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;
·         sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;
·         Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir: 
Ərizə;
dəstək tədbirində iştirakla bağlı
Şərtlər;
sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;
son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;    
bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);
Sənədlər aşağıdakı ünvan üzrə 1 iyul 2019 cu il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:
Günel Bədəlova
AZPROMO - İxracın Təşviqi Departamentinin marketinq meneceri
Tel: +99412 5980147/48 (daxili 129)
E-mail: gunel.badalova@azpromo.az
E-mail: destek@azpromo.az


Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az
E-mail: destek@azpromo.az

 

İnteraktiv Xəritə