AZ EN RU
İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir
H.Əliyev
Elanlar

20-25 oktyabr tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak üçün sənəd qəbulu elan olunur!


Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 20-25 oktyabr tarixlərində təşkil olunacaq alıcı missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 20-25 oktyabr 2019-cu il.

İxracatçıların maksimum sayı: 15.

Alıcı missiyasında iştiraka imtinanın son tarixi: 10 oktyabr 2019-cu il.

Alıcı missiyasının əhatə etdiyi hədəf məhsullar:

  • Şərab və spirtli içki istehsalı.

Alıcı missiyasının əhatə etdiyi hədəf bazarlar:

  • Rusiya Federasiyası;

Alıcı missiyasında iştirak edəcək alıcıların sayı: 8.

Alıcı missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.
Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).
Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 17 oktyabr 2019-cu il tarixində AZPROMO-da təşkil olunacaq.

Alıcı missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə

dəstək tədbirində iştirakla bağlı Şərtlər

sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;    

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə);

Sənədlər aşağıdakı ünvan üzrə 02 oktyabr 2019-cu il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Əlavə məlumat üçün:

Tural Hacılı

AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 160)
E-mail: tural.hajili@azpromo.az

 

Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az

İnteraktiv Xəritə