AZPROMO ixrac sahəsində aşağıdakı xidmətləri göstərir:
İnformasiya dəstəyi
- İxracyönümlü istehsal və ixrac prosesinin bütün mərhələlərində nəzəri məlumatlandırma
- Sahibkarların müxtəlif xarici bazarlara ixrac imkanlarının dəyərləndirilməsi
- İxraca dair beynəlxalq standartlar və tələblər
- Sertifikatlaşdırma, ixrac zamanı tələb olunan sertifikatlar
- Müxtəlif xarici ölkələrin idxal prosedurları və tələbləri
- Müxtəlif xarici ölkələrdə gömrük tənzimlənməsi, qaydaları və gömrük tarifləri
- Logistika və daşınma üzrə istiqamətlər
- İxraca dair yerli və beynəlxalq tədbirlər barədə məlumatlandırma
Hüquqi dəstək
- İxrac məsələləri üzrə yerli və beynəlxalq sənədləşmə: ümumi prosedurlar, tələb olunan sənədlər, qaydalar və şərtlər
- INCOTERMS
- Yerli şirkətlərə xarici nümayəndəliklər və bölmələrin açılmasında dəstək
Təşkilati dəstək
- “İxracatçılar Klubu”nun funksional fəaliyyətinin təmin edilməsi
- “Made in Azerbaijan” ixrac mexanizmlərinin reallaşdırılması
- Sahibkarlara “ixrac təşviqi”nin geri ödənilməsi
- Şirkətdaxili ixrac şöbələrinin yaradılmasına dəstək
- İxracla bağlı sahəvi assosiasiyaların, müxtəlif ictimai birliklərin yaradılması
- İxracyönümlü istehsal və ixrac prosesləri ilə bağlı təlimlərin keçirilməsi
- Beynəlxalq sərgi və yarmarkalarda iştiraka dəstək
- Sahibkarlararası əlaqələrin qurulması və inkişafı məqsədilə müxtəlif biznes tədbirlərinin təşkili
Marketinq dəstəyi
- Marketinq araşdırması və ixrac strategiyalarının qiymətləndirilməsi
- İxracyönümlü məhsul və xidmətlərin müəyyənləşdirilməsi
- Bazar araşdırmaları və məhsullara uyğun xarici bazarların aşkarlanması
- Xarici potensial müştəri və tərəfdaşların tapılması, əlaqələrin qurulmasına dəstək
- İxrac məlumat bazası – İxrac Portalının idarə edilməsi
- Şirkətlərin təqdimatı